AZ EN RU

Naxçıvan Dövlət Tarix Muzeyində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 13-də Naxçıvan Dövlət Tarix Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “15 İyun-Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fizzə Quliyeva diqqətə çatdırıb ki, iyunun 15-i Azərbaycan xalqının, dövlətçiliyinin əsl qurtuluş tarixidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Fizzə Quliyeva Ulu öndərin  fəaliyyətinin Naxçıvan dövrü barədə ətraflı danışıb, qurtuluşa aparan yolda dahi liderin tarixi xidmətlərini vurğulayıb, Ümummilli liderin müstəqilliyimizin həmin mərhələsinə işıq tutan çıxışlarından sitatları  xatırladıb. Qeyd olunub ki, şanlı  zəfərə aparan yolun bünövrəsi də, məhz elə qurtuluşdan başlanır.

Tədbir Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırovun, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyevanın və muzeyin bələdçisi Ləman Məmmədovanın çıxışları ilə davam edib.

Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.

Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 14.06.2023 10:44