AZ EN RU

Naxçıvan Dövlət Sosial Müdafiə Fonduna sədr müavini təyin olunub

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafi Fondunun İdarə Heyətinə yeni kadr təyinatı olub.

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilovun imzaladığı müvafiq əmrə əsasən Abdinov Nuhi Abbasəli oğlu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.09.2023 15:10