AZ EN RU

Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi Gəncə şəhərində tamaşa nümayiş etdirib

Sentyabrın 29-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı  fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü”əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrında nümayiş etdirib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Psixoloji dram janrında olan səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirlər.

Tamaşa Gəncə teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Naxçıvan Teatrının  regionlara təşkil olunan qastrol səfərləri davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyin mətbuat xidməti

Nəşr edilib : 02.10.2023 09:58