AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin Bakı şəhərində konserti keçiriləcək

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də muxtar respublikanın tanınmış peşəkar incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin birgə konsertinin keçirilməsidir.

Konsertdə Elman Əliyev, Vilayət İsmayılov, Tural Nəcəfov, Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova, Aqib Seyidov, Nərmin Hüseynova, Sevinc Babayeva və İlkin Abdullayevin iştirakı nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.01.2024 12:03