AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib

Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu  fəaliyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə dövlət filarmoniyasına “muxtar respublika” statusu verilib.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika”statusunun verilməsinə görə filarmoniya əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavə ödəniləcəkdir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti

Nəşr edilib : 24.07.2023 18:42