AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyası Qars şəhərində konsert verib

Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri Türkiyə Cümhuriyyətinin Qars şəhərində  Azərbaycan Respublikasının buradakı Baş Konsulluğunun təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin  yaradılmasının 100-cü ildönümü münasibətilə  konsert proqramı ilə çıxış edib. 

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin  “Koroğlu” operasından “Üvertüra” ilə başlayan konsertdə bir sıra bəstəkar və xalq mahnıları təqdim edilib. Prezident mükafatçısı Cahangir Qurbanovun dirijor olduğu musiqi şölənində Filarmoniyanın solisti Vəli Səfərovun ifasında “Kor ərəbin mahnısı” və “Çırpınırdın, Qara dəniz” əsərləri, Prezident mükafatçısı Nurlan Nuriyevin kamançada və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin tarda solo ifaları, düetləri türkiyəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsert  “Sarı gəlin” xalq mahnısının ifası ilə sona çatıb.

 

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.10.2023 13:31