AZ EN RU

Naxçıvan Dövlət Filarmoniyası Kayseri şəhərində konsert verəcək

Aprelin 7-də Naxçıvan Dövlət Filarmoniyasının  Mahnı və Rəqs Ansamblı Türkiyə Respublikasının Kayseri şəhərində “Şuşa Azərbaycan Evinin” açılış mərasimində konsert proqramı ilə çıxış edəcək.Yaradıcı heyət bu gün səhər yola düşüb. Kayseri şəhərinin Erciyes Mədəniyyət Mərkəzində baş tutacaq konsert proqramında xalq və bəstəkar mahnıları, rəqs nömrələri təqdim olunacaq.

Musiqili gecə C.Quliyevin “Azərbaycan-Türkiyə” əsəri ilə sona çatacaq.

Qeyd edək ki, 2022-ci ildə Şuşa şəhəri ilə Kayseri şəhəri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Konsert proqramı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Kayseri şəhəri Talas Bələdiyyəsinin və İqdir-Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşir.

 

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.04.2024 16:52