AZ EN RU

Naxçıvan DİN əhaliyə müraciət edib

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin mövcud hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar olaraq yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan ehtiyyatlı olmağı, xüsusilə sürücülərə yol nəqliyyat hadisələrinin baş verməməsi üçün zəruri tədbirləri görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, piyadalara qarşı diqqətli olmağı, piyadalara da öz növbəsində ehtiyatlı olmaları, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri tövsiyə olunur.

Nəşr edilib : 19.03.2024 11:47