AZ EN RU

Naxçıvan DİN-dən açıqlama

Ötən gün Naxçıvan şəhər Heydər Əliyev prospektində qadınla kişi arasında baş verən hadisə barədə sosial səbəkələrdə video görüntülər yayılıb. 
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Orxan (şərti ad) və Gülmira (şərti ad) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib. Faktla  bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcəkdir.

Nəşr edilib : 22.02.2024 11:21