AZ EN RU

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı istifadəyə verilib

Naxçıvan Diaqnostika Müalicə mərkəzi Publik Hüquqi Şəxsin Radiologiya şöbəsində Philips şirkətinə məxsus İngenia Elition X 1.5 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazı istifadəyə verilib. Tomoqrafiya koilləri ilə zəngin olan yeni Maqnit Rezonans Tomoqrafiyası cihazı insan orqanizminin bütün orqan və toxumalarını müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikasının aparılmasına imkan verir. İngenia Elition X 1.5T MRT cihazı vasitəsilə baş və onurğa beyin sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi və orqanların müayinələri aparılır.

Müasir Maqnit Rezonans Tomoqrafiya texnologiyasının ən qabaqcıl Philips İngenia Elition X 1.5T MRT cihazında mövcud olan perfuziyon Tomoqrafiya, Tomoqrafiya spektroskopiya, diffuziyon Tomoqrafiya, funksional MR ilə beyin-onurğa beyin görüntülənmələrində beyinin ən mürəkkəb xəstəliklərinin dəqiq diaqnozu mümkündür. Pediatrik yaş qrupunda beyin-onurğa beyin patalogiyalarını aşkarlamaq və diaqnozu təyin etmək üçün yeni Maqnit Rezonans Tomoqrafiya cihazı ayrıca pediatrik beyin-onurğa beyin koili ilə təchiz edilib. Eyni vaxtda bütün onurğabeyini bir dəfəyə çəkiliş etmək olur.

Philips İngenia Elition X 1.5T MRT cihazında mövcud olan zəngin koil imkanları bütün bədənin Tomoqrafiya müayinəsinin eyni zamanda aparılmasına, xüsusilə, onkoloji xəstələrdə xəstəliyin orqan və toxumalara yayılıb-yayılmadığını təyin etməkdə mütəsna əhəmiyyətə malikdir. Qapalı sahədə qorxusu olan klaustrofobiyalı xəstələr üçün Tomoqrafiya  boşluğunun geniş olması və Tomoqrafiya otağında yerləşdirilmiş elektron monitor və işıqlanma sistemi xəstələrin rahat müayinəsinə imkan yaradıb.

Qeyd edək ki, yeni cihazda Tomoqrafiya boşluğunun genişliyi 70 sm olub, ən geniş diametrə sahibdir. Tomoqrafiya boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir. Eyni zamanda, kiçik yaş qrupu xəstələrinin yatırılmadan müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdə və müayinə vaxtı daha qısadır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nairliyinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2023 17:45