AZ EN RU

Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları Heydər Əliyevin abidəsini ziyarət ediblər

Azərbaycan dövlətinin qurucusu və memarı, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib.
Daxili İşlər Nazirliyinin əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyublar.

Nəşr edilib : 12.12.2023 17:40