AZ EN RU

Naxçıvan Bölməsinin Rəyasət Heyəti bir sıra məsələləri müzakirə edib

AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası olub.

Bölmənin mətbuat xidmətindən verilən məlumata görə, Bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları iclasın gündəliyində duran məsələlərlə tanış edib.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”nın təsdiq edilməsi, bölmə əməkdaşlarının KİV-də Qərbi Azərbaycan, Cənubi Azərbaycan və Zəngəzurla bağlı məqalələrinin dərc edilməsinə diqqətin artırılması, elmi-tədqiqat müəssisələrinin aylıq fəaliyyət planının hazırlanması və nəticələri ilə bağlı hesabatların tərtib olunması barədə məlumat verilib.

Həmçinin Bölmə əməkdaşlarının beynəlxalq bazalarda indeksləşmiş jurnallarda məqalə dərc etdirmələri sahəsində fəallığın artırılması, habelə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin müvafiq qərarı ilə Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərə Rəqəmsal Obyekt İdentifikatorunun (DOI) alınması ilə bağlı müzakirə aparılıb, bu kimi məsələlərin həlli istiqamətində bəzi qərarlar qəbul edib.

Nəşr edilib : 30.03.2023 16:27