AZ EN RU

Naxçıvan boksçusu beynəlxalq turnirin qalibi olub

Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə boksçular arasında “Dracula Open” beynəlxalq turniri keçirilib. 25 ölkədən 361 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisi 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb. Bu medallardan 11-nə yeniyetmə boksçularımız sahib olub.

Naxçıvan Boks Federasiyasının idmançısı Elbrus Kərimli yeniyetmələrin yarışında 54 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Millimizin üzvü ¼ final mərhələsində Yulian Buletiçana (Rumıniya) 3:2 hesabı ilə qalib gəldikdən  sonra yarımfinalda yunan Angelos Karaitisi aşkar üstünlüklə (5:0) məğlub edib. Finalda yerli idmançı Kladio Çeraliunu ilə görüşən Elbrus bu dəfə də rinqi tam üstünlüklə tərk edib. Nəticədə idmançımız karyerasında ilk dəfə iştirak etdiyi beynəlxalq səviyyəli yarışı qızıl medalçı kimi tamamlayıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2023 17:38