AZ EN RU

Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib

    Naxçıvan Baş Gömrük İdarəsində “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib.
    Təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrin, o cümlədən “Könüllü gömrükçü” dəstəsinin üzvləri iştirak ediblər.
    Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkdaşlarını təlimdə aktiv olmağa dəvət edib.
    Sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusuna dair təqdimatla çıxış edib.
    Təlimin sonunda auditoriyanı maraqlandıran suallar ətraflı cavablandırılıb.

Azərbaycan Respublikası Dövlət Gömrük
 Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Nəşr edilib : 08.06.2023 15:32