AZ EN RU

Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 513 hüquqpozma faktı aşkarlanıb

    2023-cü ilin 6 ayı ərzində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən, ümumilikdə, 513 hüquqpozma faktı aşkar edilib. Aşkar edilən faktlardan 40-ı cinayət xarakterlidir və bunların 26-sı narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı ilə bağlı olub.
    Narkotik qaçaqmalçılığı faktları üzrə, ümumilikdə, 568,5 kiloqram heroin, 139 qram həşiş qatranı, 47 qram marixuana, 26 qram tiryək, 11 qram psixotrop maddələr, 110 qram güclü təsir edən maddələr qanunsuz dövriyyədən çıxarılıb. Cari ilin 6 ayı ərzində 473 inzibati xarakterli hüquqpozma faktı aşkar edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 372 fakt çoxdur.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və 
İctimaiyyətlə Əlaqələr İdarəsi

Nəşr edilib : 27.07.2023 15:49