AZ EN RU

“Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Şahbuz
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli
Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə rayon ictimaiyyətini təbrik edib, bu yubileyin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunduğu bir zamanda qeyd olunmasını böyük xoşbəxtlik kimi dəyərləndirib. Rəfael Babayev vurğulayıb ki, Ümummilli Liderin siyasətini uğurla davam
etdirən Prezident cənab İlham Əliyev ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da mühüm infrastruktur tədbirləri həyata keçirib, sosialiqtisadi inkişaf təmin edilib, muxtar respublikanın müdafiə potensialı gücləndirilib. Konfransda Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri
Rizvan Məmmədov, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Asəf Orucov və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Siyatel Cəfərova çıxış ediblər. Konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filminə baxıblar. Sonra Şahbuz Rayon Mədəniyyət şöbəsinin hazırladığı konsert proqramı
təqdim olunub.

Nəşr edilib : 17.02.2024 17:21