AZ EN RU

“Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib

Babək rayonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə “Naxçıvan: Azərbaycanın dövlətçilik tarixində” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Babək şəhərindəki əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra konfrans Babək Rayon Mədəniyyət Sarayında davam edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qədim, zəngin tarixə malik Naxçıvan diyarının Azərbaycan dövlətçiliyinin formalaşmasında, əvəzsiz xidmətlərindən danışıb.

 Vurğulanıb ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz Ulu Öndərin adı ilə bağlı olub.

Konfransda AMEA-nın müxbir üzvü, professor, tarix elmləri doktoru Hacıfəxrəddin Səfərli,  tarix üzrə fəlsəfə doktoru, dosent İsmayıl Zeynalov çıxışlar ediblər.

Sonra Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx və Naxçıvan Televiziyasının hazırladığı “Ulu torpaq, Ulu Öndər” filmi göstərilib.

Sonda bədii kompozisiya nümayiş olunub.

Nəşr edilib : 14.02.2024 18:51