AZ EN RU

Naxçıvan “ASAN xidmət” mərkəzində kommunal ödənişlər nağdsızlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  tərəfindən sakinlərə göstərilən bütün növ xidmətlərin o cümlədən, poçt, rabitə və nəqliyyat  xidmətlərinin keyfiyyətinin yüksəldilməsi  istiqamətində bir sıra tədbirlər  həyata keçirilir. 

Həyata keçirilən kompleks tədbirlərin davamı olaraq  Nazirliyin tabeli  qurumu olan “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən  Naxçıvan “ASAN xidmət” mərkəzində  göstərilən poçt xidmətlərinin 4 mart 2024-cü il tarixdən nağdsız yolla həyata  keçirilməsinə  başlanılıb.

Yerli bələdiyyə vergilərinin ödənilməsi, eləcə də istehlakçılar  tərəfindən sərf olunan  qaz, elektrik enerjisi, su,  rabitə  və internet xidmətlərinin  dəyərini Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən müvafiq bank xidmətinə  ödədikdən sonra  bank tərəfindən verilmiş qəbzi  poçt  xidmətləri pəncərəsinə  təqdim etməklə, mövcud  bazada müvafiq   ödənişlər qeydiyyata alınır.

Qeyd edək ki, bəhs olunan ödənişlər “ASAN xidmət” mərkəzinin daxili  qaydalarına uyğun olaraq nağdsız həyata keçirilir.

Nəşr edilib : 06.03.2024 09:32