AZ EN RU

Naxçıvan aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 24 faiz çoxdur

"Naxçıvanda hazırda iqtisadi aktivlik sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. 1 yanvar 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 24 faiz, 01 aprel 2024-cü il tarixə ilin əvvəli ilə müqayisədə isə 9,2 faiz çoxdur".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri" mövzusunda tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri vəzifəsinin icraçısı, nazir müavini Abbas İsmayılov deyib.
O bildirib ki, 2023-cü ildə ƏDV ödəyicilərinin sayı 2022-ci illə müqayisədə 35 faiz, 2024-cü ilin yanvar-mart ayları ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 48,6 faiz artmışdır: "2023-cü ildə yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 2022-ci illə müqayisədə 2 dəfə, yeni qeydiyyatdan keçmiş obyektlərin sayı isə 2,3 dəfə artmışdır. 2024-cü ilin yanvar-mart ayları ərzində yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artmışdır".
Eyni zamanda, vurğulanıb ki, 1 yanvar 2024-cü il tarixə muxtar respublikada 2800 yeni nəsil nəzarət kassa aparatı quraşdırılmışdır ki, bu da 2022-ci illə müqayisədə 20 dəfə, 01 aprel 2024-cü il tarixə quraşdırılan kassa aparatlarının sayı ilin əvvəli ilə müqayisədə isə 17,4 faiz çoxdur.

Nəşr edilib : 30.04.2024 11:18