AZ EN RU

NATO kosmik kəşfiyyat mübadiləsini genişləndirmək üçün 1 milyard dollar ayıracaq

NATO-nun 17 ölkəsindən ibarət qrup Kosmosdan Davamlı Nəzarət proqramına 1 milyard dollar ayırmağı vəd edib.

Bu barədə NATO-nun rəsmi vebsaytında bildirilib.

Məlumata görə , razılaşma müttəfiqlərin quruda və dənizdə görünməmiş dəqiqlik və səmərəliliklə fəaliyyətinə nəzarət etmək qabiliyyətini gücləndirməlidir.

Məlumatda deyilir ki, müvafiq sənəd Vaşinqtonda keçirilən NATO sammitində imzalanıb. Qeyd edilir ki, proqram alyansın tarixində ən böyük kosmik imkanlara çoxmillətli investisiyanı təmsil edir. 

Razılaşmanın imzalanması ilə proqram növbəti 5 il ərzində 17 NATO ölkəsi kommersiya və milli kosmik aktivlərin istismarı üçün qabaqcıl imkanların genişləndirilməsi üçün 1 milyard dollardan çox vəsait ayıracaq.

Nəşr edilib : 14.07.2024 11:16