AZ EN RU

Nasos stansiyalarından əkin sahələrinə suvarma suyunun verilməsi təmin edilib

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Babək Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən Araz çayından qidalanan nasos stansiyasından əkin sahələrinə suvarma suyunun verilməsi təmin edilib
Cəmiyyətin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki,  “Araz-1” və “Araz-2” nasos stansiyasiyalarının təzyiqli boru xətlərində diametri 630 və 720 millimetrlik ümumi uzunluğu 6000 metr olan qoşa xəttində təqribən 250 metr hissəsi çevrilib, ümumilikde 12 ədəd birləşmədən qırılan hissələri qaldırıcı texnika ilə qaldırılaraq qaynaq edilib. Eyni zamanda 580 metr çürümüş və deşilmiş  hissələrdə təmir-bərpa işləri yekunlaşdırılaraq Nehrəm qəsəbəsinin əkin sahələrinə suvarma suyu verilib.
Babək və Kəngərli rayon Meliorasiya və Su Təsərrüfatı İdarələrinin əməkdaşları tərəfindən “Azərbaycan” nasos stansiyasının təzyiqli boru xətlərində olan 8 ədəd birləşmədən qırılan hissələr, ümumi uzunluğu 9000 metr olan qoşa xətdə, ümumilikdə 12 ədəd birləşmədən qırılıb düşən hissələr qaldırıcı texnika vasitəsilə qaldırılaraq qaynaq edilib, çürümüş və deşilmiş təqribən 420 metr hissədə təmir-bərpa işləri yekunlaşıb. Görülən işlərin nəticəsində Kəngərli rayonunun Xok və Böyükdüz kəndlərinin əkin sahələrinin suvarılmasına xidmət edən  “Azərbaycan” nasos stansiyasının Xok və Böyükdüz xəttinə suyun verilməsi təmin edilib.
Hazırda nasos stansiyalarının digər təzyiqli boru xətlərində də cari təmir-bərpa işləri aparılır.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.04.2024 22:36