AZ EN RU

Narkotikin təsiri altında Bakı-Naxçıvan sərnişin avtobusunu idarə edən İran vətəndaşı saxlanılıb

Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı narkotik maddənin təsiri altında avtobus idarə etdiyi üçün saxlanılıb.

Naxçıvan ŞPİ-nin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib.

Saxlanılan İran İslam Respublikası vətəndaşı Arjmand Ramez Azim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Nəşr edilib : 01.04.2023 16:50