AZ EN RU

Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib

    Naxçıvan Muxtar Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası narkomaniyaya qarşı mübarizə tədbirlərini davam etdirir. 
    İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il və 27 aprel 2022-ci il tarixli hökmləri, Culfa Rayon Məhkəməsinin 28 yanvar, 10 mart və 17 may 2022-ci il, Şərur Rayon Məhkəməsinin 19 fevral 2022-ci il, Sədərək Rayon Məhkəməsinin 12 may 2022-ci il, Naxçıvan Şəhər Məhkəməsinin 27 may  və 7 iyun 2022-ci il tarixli qərarları, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 15 mart və 9 iyun 2022-ci il tarixli məktubları, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 8 iyun 2022-ci il tarixli hesabatı, 16 və 21 iyun 2022-ci il tarixli məktubları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 22 iyun 2022-ci il tarixli məktubuna əsasən (ümumilikdə, 15 iş üzrə) Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ayrıca bağlamalarda saxlanılan ümumi çəkisi 10 qram 608 milliqram heroin, 242 kiloqram 280 qram maye halda heroin, 144 qram 391 milliqram qurudulmuş marixuana, 28 qram 995 milliqram tiryək, 433 qram 774 milliqram həşiş narkotik vasitələri, 2 qram 122 milliqram bonzainin tərkibində sintetik kannabinoidlərə aid narkotik təsirli maddə, 175 qram 941 milliqram metamfetamin psixotrop maddəsi, metadon 121 ədəd bütöv, 11 parça, 73 qram maye halda, 28 milliqram MDMA (ekstazi), 489 ədəd fenobarbital, 110 ədəd alprazolam, 126 ədəd klonazepam, 61 ədəd diazepam, 8 ədəd oxazepam, 418 ədəd tramadol, 1 ədəd mudrax, 10 ədəd  preqabalin, 166 ədəd çikladol, 1 ədəd skunk, 40 ədəd fenadizepin, 293 ədəd betametazon, 112 ədəd supradadin, 20 ədəd paroxin, 10 ədəd asetaminophen codeine, 8 ədəd noxşa, 24 ədəd qaloperidol, 10 ədəd clozapine, 6 ədəd clozapex, 9 ədəd fenazepam, 6 ədəd steptoçid, 8 ədəd bütün 1 ədəd parça buprenorfin, 1 ampul fentanil, 55 ədəd naməlum həb, 187 bütöv, 3 parça psixotrop tərkibli dərman, 2 kiloqram 139 qram çətənə toxumu, 108 ədəd yabanı xaşxaş bitkisi, 3 ədəd şpris, 1 ədəd narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi üçün nəzərdə tutulmuş alət komissiyanın üzvləri tərəfindən naturada üzləşdirilərək bağlamaların açılmadığı və möhürün yerində olduğu müəyyən edildikdən sonra Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin tibbi tullantıların ləğvi sistemində yandırılmaqla, maye halda olan heroin isə Naxçıvan Şəhər Sutəmizləyici Qurğular Kompleksində suda həll olunmaqla məhv edilib.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 25.06.2022 19:45