AZ EN RU

Narkotik vasitə aşkarlanıb

Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.

“Culfa” gömrük postunda İran İslam Respublikasından ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində, təmiz çəkisi 22,590 qram olan narkotik  vasitə-marixuana aşkar edilib.
“Şahtaxtı” gömrük postunda isə İran İslam Respublikasından ölkə ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən “DAF” markalı yük avtomobilinin sürücüsünün üzərində şəxsi yoxlama zamanı, təmiz çəkisi 14,053 qram olan narkotik  vasitə-tiryək aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.Naxçıvan Baş Gömrük İdarəsi Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yolla keçirilməsi cəhdinin qarşısı alınıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, “Culfa” gömrük postunda İran İslam Respublikasından ölkə ərazisinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin kabinəsində, təmiz çəkisi 22,590 qram olan narkotik  vasitə-marixuana aşkar edilib.
“Şahtaxtı” gömrük postunda isə İran İslam Respublikasından ölkə ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən “DAF” markalı yük avtomobilinin sürücüsünün üzərində şəxsi yoxlama zamanı, təmiz çəkisi 14,053 qram olan narkotik  vasitə-tiryək aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.03.2023 14:41