AZ EN RU

“Narkomaniya insan psixologiyasını məhv edir” mövzusunda tədbir keçirilib

Aprelin 26-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumlar üçün “Narkomaniya insan psixologiyasını məhv edir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Penitensiar xidmətin Təşkilat-nəzarət şöbəsinin böyük inspektoru Nizami Nəcəfov açaraq tədbirin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində təşkil edildiyini diqqətə çatdırıb.

Sonra Məhkəmə Ekspertizası Mərkəzinin Fiziki-kimyəvi və bioloji ekspertizalar bölməsinin rəisi Bayram İsmayılov, böyük eksperti Zəka Qurbanov və Psixologiya ekspertiza bölməsinin böyük eksperti Fariz Səyyadov mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda dövlət tərəfindən narkomaniyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilib. Ekspertlər tərəfindən Narkotik vasitələrin insan orqanizminə və cəmiyyətin sosial inkişafına mənfi təsirlərindən, habelə narkomaniyanın digər fəsadlarından bəhs edilib. Narkomaniyanın psixoloji təsirləri, tükənmişlik sindromu və onun qarşısının alınması ilə bağlı mütəxəssis tövsiyələri verilib

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmin gün Məhkəmə Ekspertizası Mərkəzinin Ekspertiza bölməsinin eksperti Seyran Məmmədova qadın məhkumlarla fərdi qaydada görüşüb, onları dinləyib və psixoji dəstək olub.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.04.2024 16:41