AZ EN RU

Nağdsız ödənişlərin həcmi artıb

2022-ci ildə Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi artıb. Belə ödənişlərin həcmi 207 milyon 787 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 88 milyon 738 min manat və ya 74,5 faiz çoxdur.

Qeyd olunan dövrdə, nağdsız ödənişlərin 51 milyon 970 min manatı POS-terminallar vasitəsilə, 155 milyon 817 min manatı isə internet və digər ödəniş vasitələrilə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət

Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 26.01.2023 17:47