AZ EN RU

“Nadir irsi metabolik xəstəliklər – 1-ci tip irsi tirozinemiya” mövzusunda elmi-praktik seminar keçirilib

    Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasının konfrans zalında “Nadir irsi metabolik xəstəliklər – 1-ci tip irsi tirozinemiya” mövzusunda seminar keçirilib. Seminarın məqsədi nadir rast gəlinən tirozinemiya xəstəliyinin müalicəsi, xəstəliyin yaranmasının qarşısının alınması və xəstəlik zamanı qarşıya çıxan bəzi məsələlərin həlli istiqamətində görüləcək işlər haqqında müzakirələrin aparılması olub. 
    Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikada səhiyyənin inkişafı istiqamətində aparılan islahatların nəticəsidir ki, muxtar respublikada tibb müəssisələrinin infrastruktu yenilənir, tibb müəssisələrinin müasir elmli tibbi kadrlarla təmin olunmasına diqqət göstərilir, bu məqsədlə tibb işçiləri üçün müxtəlif seminar və konfranslar təşkil edilir.
    Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov bildirib ki, Naxçıvanda bütün kateqoriyadan olan uşaqların, eləcə də sağlamlıq imkanları məhdud uşaqların sağlamlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılır. Çıxışda 1-ci tip irsi tirozinemiya haqqında da məlumat verilib. 
    Uşaq qastroenteroloqu Anar Tağıyev “Uşaqlarda 1-ci tip irsi tirozinemiya” mövzusunda, “Nobel İlaç Şirkəti” Medikal Mərkəzin direktoru həkim Aynur Qasımova isə “1-ci tip irsi tirozinemiyanın müalicəsi – nitisinon” mövzusunda məruzə ediblər. Məruzəçilər “1-ci tip irsi tirozinemiya” xəstəliyi ilə bağlı elmi araşdırmaları, həmçinin digər mühüm məlumatları iştirakçıların diqqətinə çatdırıblar. 
    Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.06.2022 19:26