AZ EN RU

“Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrə açıq dərs keçirilib

20 may tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələrinə “Muzey fondlarının dövlət uçotu. Ümumi qaydalar”  mövzusunda açıq dərs keçirilmişdir.

Açıq dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri G.Babayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı imzaladığı sərəncamlarla Nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas təhsili müəssisələrinin aid ixtisaslarında təhsil alan tələbələrlə aparılan işdən danışmış, keçirilən tədbirlər haqqında  məlumat vermişdir.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylər dövlət qayğısı ilə əhatə olunmuşdur. Muzeylər üçün yeni binalar tikilir, onların maddi texniki bazaları gücləndirilir, ekspozisiyaları yenidən qurulur. Muzey fondları yeni maddi mədəniyyət nümunələri ilə zənginləşdirilir.

Qeyd edilmişdir ki, muzey fondlarında qorunan qiymətli maddi mədəniyyət nümunələrinin uçotu və mühafizəsi xüsusi əhəmiyyətə malikdir. Muzey əşyalarının uçotunun aparılmasında müvafiq Təlimatın tələblərinə əməl edilməsi önəm daşıyır.

“Muzey fondlarının dövlət uçotu. Ümumi qaydalar” mövzusunda slaydlar vasitəsilə məlumat verilərək bildirilmişdir ki, muzey fondlаrının dövlət uçotu iki mərhələdə аpаrılır:

а) muzeyə dаxil olаn əşyаlаrın sənədləşdirilmiş mühаfizəsi məqsədilə onlаrın ilkin qeydiyyаtı və аtributiv xаssəsinin yаzılışı;

b) inventаrlаşdırmа, yəni muzey əşyаlаrının elmi qeydiyyаtdаn keçirilməsi.

Qəbuletmə аktlаrı, təhvilvermə аktlаrı, dаxilolmа və elmi inventаr kitаblаrı muzey fondlаrının dövlət uçotunun əsаs hüquqi sənədləri hesаb edilir. Elmi inventаr muzey əşyаsının xаrаkteristikаsını vermək üçün onun təsnifаtını və tədqiqаt nəticələrini əks etdirən ən mükəmməl sənəddir.

Mövzu ilə bağlı müzakirə aparılmış, tələbələrin sualları cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat xidməti

Nəşr edilib : 20.05.2022 17:57