AZ EN RU

Muzeydə tədbir olub

   Cəmşid Naxçıvanski Muzeyində  “Heydər Əliyev İli” çərçivəsində 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin və muzeyin   birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin Milli Ordu siyasəti” mövzusunda tədbir keçirilib. 
    Tədbiri Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev açaraq Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki xidmətlərindən danışıb. Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin əməkdaşı, kapitan Hətəm Məmmədovun, muzeyin baş fond mühafizi-elmi işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Gülnaz Hüseynovanın çıxışları dinlənilib. Bildirilib ki, Azərbaycanda nizami və yüksək döyüş hazırlığına malik ordunun yaradılması və inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmışdır. Vurğulanıb ki, dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Tədbirdə iştirak edən Vətən Müharibəsi Qaziləri İctimai Birliyinin sədri, ehtiyatda olan baş leytenant  Əli Əlisoy II Qarabağ müharibəsi zamanı ordumuzun keçdiyi şərəfli döyüş yolundan, qəhrəman oğullarımızdan, şəhidlərimizin qəhrəmanlığından bəhs edib. 
    Sonda Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən şeir müsabiqəsi qaliblərinin ifasında dahi şəxsiyyətin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib, muzeyin ekspozisiyasına baxış keçirilib.

 Sürəyya QƏDİMƏLİYEVA 

Nəşr edilib : 23.06.2023 18:39