AZ EN RU

Muzey əməkdaşları üçün seminar keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün yeni ilin ilk seminar-treninqi keçirilib. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən seminar “Tariximizi əks etdirən materialların toplanmasında, qorunmasında və təbliğində muzeylərin rolumövzusuna həsr olunub. Seminarı giriş sözü ilə Nazirlik Aparatının baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, bu gün muxtar respublika muzeylərində 128 minə yaxın eksponat qorunub saxlanılır. Bu eksponatların müvafiq təlimatın tələblərinə uyğun qeydiyyata alınmasında, qorunmasında, eləcə də təbliğində muzey əməkdaşlarının üzərinə mühüm vəzifələr düşür.

          Sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin direktoru Rəhim Rəhimov materialların toplanmasında, qorunmasında və təbliğində muzeylərin rolundan ətraflı bəhs edib. Muzeyə eksponat daxil olarkən diqqət edilməsi məqamlar, qeydiyyatı, yerləşdirilməsi ilə bağlı suallara aydınlıq gətirib.

Müzakirələrin ardından muzeyin ekspozisiyasına baxış keçirilib.

 Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2024 10:16