AZ EN RU

Muxtariyyətinin 100 yaşı mübarək, qocaman diyar!

Tarixi minilliklərə şahidlik edən qədim diyar, Naxçıvan! Bu gün sənin torpağının hər qarışında duyulan rahatlıq, firavanlıq insanların mənəvi dünyasına sirayət edir! Qələm sahibləri sənə olan heyranlıqlarını gizlədə bilmir, sənin şəninə şeirlər yazır, büsatına nəğmələr qoşurlar.
Böyük şəxsiyyətlər yurdu – Naxçıvan! Sən Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etmisən! İsmayıl xan, Kalbalı xan, Hüseyn xan, Cəmşid Naxçıvanskilər kimi hərbi xadimlər yetirmisən.  Mirzə Cəlil, Hüseyn Cavid, Bəhruz Kəngərli, Məmməd Səid Ordubadi, Məmməd Araz kimi unudulmaz simalarla tanınmısan! 
Azərbaycanın xilaskarı, böyük dövlət xadimi,  Ümummilli Liderimizin əziz vətəni olmusan! Bu gün sənin qoynunda böyüyüb boya-başa çatan, yaşayıb, yaradan şəxsiyyətlərinin ruhu şaddır! Çünki sən 100 ilini başucalığı ilə başa vurursan! Hələ neçə-neçə yüzilliklər, minilliklər qürurla çəkiləcək adın! 100 yaşlı əziz diyarım! Muxtariyyətinin yubileyi mübarək!


Çinarə Həsənova

Nəşr edilib : 04.02.2024 10:33