AZ EN RU

Muxtariyyətin 100 illiyinə həsr olunmuş interaktiv dərs keçirilib

Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illinə həsr edilmiş interaktiv dərs keçirilib. “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda keçirilən dərs muzeyin bələdçisi Nərmin Əmirova tərəfindən aparılıb. İnteraktiv dərs muxtar respublikanın 100-dən artıq ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.
Dərs zamanı muzeydə Azərbaycanın dövlətçilik tarixinə, o cümlədən Naxçıvanın tarixinə aid dövlət və döyüş bayraqları, xəritələr, sənədlər, fotolar, kitab və jurnallar haqqında ətraflı məlumat verilib.

Nəşr edilib : 08.02.2024 16:56