AZ EN RU

Muxtariyyətdən öncə doğulan, muxtariyyətin 100-cü salnaməsində əbədiləşdirilən “Şərq Qapısı”

Prezident cənab İlham Əliyev tərəfindən təsdiqlənən “Media qanun”unda dəyişiklik Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin çap mediası subyektinin təsisçisi ola bilmək hüququnu rəsmiləşdiridi. Qərar “Şərq Qapısı” qəzetinin hüquqi fəaliyyət göstərə bilməsini qanuniləşdirdi və Ali Məclis qəzetin rəsmi təsisçisi qismində təsdiqləndi.

“Şərq Qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi, iqtisadi fəaliyyətinin arxivləşdirildiyi mətbuat orqanı olmaqla bərabər,  həm də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın suverenlik salnaməsinin Naxçıvan dövrünün siyasi-publisistik bazasıdır. 100-cü ilini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının istənilən dövrünün bütün fəaliyyət sahələri məhz “Şərq Qapısı” səhifələrində tarixiləşdirilmişdir.

Qərar siyasi baxımdan həm də ona görə aktualdır ki, Ümummilli Lider Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövrdən bəri ilk dəfə olaraq muxtar respublika parlamenti Milli Məclisdə qanuna dəyişiklik edilməsi ilə bağlı məsələ qaldırdı və təşəbbüs müsbət nəticələndi.

Düşünürəm ki, muxtar respublikamızın 100 illiyi ərəfəsində cənab Prezidentimizin Ali Məclisə, doğma qəzetimizə, ümumilikdə, muxtar respublika ictimaiyyətinə növbəti yubiley töhfəsi oldu.

Bu münasibətlə “Şərq Qapısı” qəzetinin kollektivini və təşəbbüsün qanuni status almasında rolu və zəhməti keçən hər kəsi təbrik edirəm!

Aidə CƏLİLZADƏ

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Hüquq siyasəti Komitəsinin sədr müavini,
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq

əlaqələr üzrə prorektoru

Nəşr edilib : 02.05.2024 12:38