AZ EN RU

"Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti"

Martın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində muxtariyyətin 100 illik yubileyinə həsr olunmuş "Muxtariyyət dövründə Naxçıvan ədəbi mühiti" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Aləmzər İbrahimova   bildirib ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıbdır. Naxçıvan diyarı zəngin ədəbi ənənələrə malikdir.
Naxçıvan ədəbi mühitinin ölkəmizin ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etdiyindən danışan  Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Asim Əliyev muxtariyyət dövründə Naxçıvanda yaradıcılıqla məşğul olan qələm sahiblərindən bəhs edib,yaradıcılıqlarından nümunələr səsləndirib.
Sonra  Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən - Elxan Yurdoğlu, Təranə Arifqızı, Kəmalə Nəsrin, Məftunə Nur Hüseynbəyli, Əzizə Həsənova, Gulsadə İbrahimli  və digər  şairlər Səbinə Əlincəli, Aytəkin Səfərəliyeva, Sevinc Səbzəliyeva, Alməmməd Eldaroğlu şeirlər bədii qiraət ediblər.
Sonda "Naxçıvan Muxtar Respublikası -100" başlıqlı sərgiyə  baxış keçirilib.

Nəşr edilib : 13.03.2024 23:33