AZ EN RU

Muxtar Respublikanın ümumtəhsil məktəblilərinin şagirdləri arasında keçirilən “Milli musiqi və rəqs” müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə məqsəd çoxəsirlik inkişaf tarixinə malik Azərbaycanın zəngin musiqi sənəti və musiqi mədəniyyətinin  məktəblilər arasında təbliğidir. Həmçinin müsabiqənin təşkilində digər məqsəd də şagirdlərin milli ruhda tərbiyyə olunması, xususi istedada malik olan gənclərin aşkar edilməsi, onların qabliyyətlərinin inkişafı, milli adət və ənənələrin təbliğinə və azərbaycançılıq ideyalarına sadiq olan şagirdlərin yetişdirilməsi, şagirdlər arasında musiqi zövqünün formalaşdırılması, Azərbaycan milli musiqi və rəqs numunələrinin düzgün təbliğ edilməsi və yaşadılmasıdır.

Qeyd edək ki, müsabiqənin   üç mərhələdə keçirilməsi nəzərdə tutulmuşdu  ki, 1-ci mərhələ məktəbdaxili seçim turu və 2-ci şəhər (rayon) mərhələsi yekunlaşdırılıb. Mart 14-də  isə  Naxçıvan şəhərində muxtar mərhələsi keçirilib.

Müsabiqədə muxtar respublikanın  ümumtəhsil məktəblərindən, Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindən ümumilikdə 150-yə yaxın şagird iştirak edib. Şagirdlər “Tənzərə”, “Söylə”, “Xələfi”, “Üçayaq” yallıları, milli musiqi  və rəqs nömrələri ilə çıxış edib.

Sonda şagirdlər münsiflər heyyəti tərəfindən səhnə uyğunluğu və səhnə mədəniyyəti, jest və və mimikalardan istifadə bacarığı, mahnı və rəqslərin düzgün seçilməsi, aydın intonasiya və tələffüzün düzgün qurulması nəzərə alınaraq mahnı, rəqs və çalğı alətləri nominasiyaları üzrə qiymətləndirilib.

 I, II və III yerlərin qalibləri müsabiqənin yekun tədbirində mükafatlandırılacaq.

                                       Naxçıvan Muxtar Respublikası Təhsil   

                                  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.03.2022 16:55