AZ EN RU

Muxtar respublikanın musiqi məktəbləri yeni musiqi aləti ilə təmin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafina dair  2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda muxtar respublikada mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan məsələlər  uğurla icra olunur. Proqramın 2023-2024-cü illər üçün Təfsilatlı Tədbirlər Planında yer alan dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəndin  icrası ilə əlaqədar 25 ədəd fortepiano musiqi təhsili müəssisələrinə, 1 ədəd isə Naxçıvan Dövlət Uşaq Filarmoniyasına təqdim edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən  06 noyabr 2023-cü il tarixdə “Musiqi aləti və  avadanlıqların satınalınması” ilə bağlı tender elan olunub, ötən ilin dekabr ayında "CASPIAN INDUSTRY" MMC tenderin qalibi olub.

Nəşr edilib : 08.05.2024 18:51