AZ EN RU

Muxtar respublikanın mədəniyyət müəssissələri yeni işıq və səs avadanlıqları ilə təmin olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafina dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda muxtar respublikada mədəniyyətin inkişafı ilə bağlı qarşıya qoyulan məsələlər uğurla icra olunur. Proqramın 2023-2024-cü illər üçün Təfsilatlı Tədbirlər Planında yer alan dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin, yaradıcı kollektivlərin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəndin icrası ilə əlaqədar mədəniyyət müəssisələrinə işıq və səs avadanlıqları təqdim olunub. Səs gücləndiricilər, aktiv dinamik monitorları, mikrofon və dayaqlar, səs mikşerləri, kabel başlıqları və digər avadanlıqlar Nazirlik tərəfindən muxtar respublikanın müvafiq mədəniyyət idarə və şöbələrinə təhvil verilib.

Qeyd edək ki, 13 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “İşıq və səs avadanlıqlarının satınalınması” ilə bağlı  tender elan olunub, ötən ilin dekabr ayında “ALL STAR" MMC tenderin qalibi olub.


Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.05.2024 23:05