AZ EN RU

Muxtar respublikanın idman obyektləri ilə tanışlıq

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və nazirliyin digər nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində burada fəaliyyət göstərən idman obyektləri ilə tanış olublar.

Qonaqlar ilk olaraq Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində olan nazir burada keçirilən cüdo üzrə şəhər birinciliyini, eyni zamanda kompleksdə keçirilən məşq proseslərini izləyiblər.

Naxçıvan Üzgüçülük Mərkəzi ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublika Stadionuna baxış olub. Burada gimnastika bölməsinin məşqlərinə baxılıb, idmancılarla xatirə şəkli çəkdirilib.     

         

Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbində olan gənclər və idman nazirinə və qonaqlara məktəbin fəaliyyəti, gənc idmançılarla hazırlığı prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verilib. Daha sonra Gənlcər Mərkəzində olan qonaqlar Şərur Olimpiya İdman Kompleksi və Uzunoba Təlim Məşq Idman Kompleksi ilə də yaxından tanış olublar.

Muxtar respublikanın idman obyektləri ilə tanışlıq zamanı Azərbaycan Respublikasının gənclər və idman nazirini və qonaqları Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı müşaiyət edib.

Ceyhun Məmmədov

Nəşr edilib : 05.02.2022 18:00