AZ EN RU

Muxtar respublikanın bir sıra yaşayış məntəqələrində yanğın hadisələri baş verib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraçuq kəndində həyətyanı sahə və yardımçı tikilidə,  Babək rayonu Kültəpə, Şərur rayonu Siyaqut, Yuxarı Aralıq kəndlərində, Kəngərli rayonu Qıvraq qəsəbəsində quru otlaq sahələrində, Kəngərli rayonu Şahtaxtı kəndində həyətyanı sahədə, Şərur rayonu Yengicə kəndində ot tayasında,   Maxta kəndində isə məişət tullantıları poliqonunda yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatlarla əlaqədar Naxçıvan şəhər, Şərur, Babək və Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 26.06.2024 21:46