AZ EN RU

Muxtar respublikanın 78 transformator yarımstansiyası təmir olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılır.

Xidmətdən “Şərq qapısı” qəzetinə bildirilib ki, 2024-cü ilin ilk 3 ayı ərzində muxtar respublika ərazisində, ümumilikdə, 78 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyalarında cari təmir işləri aparılıb. Həmçinin bəhs olunan dövrdə 3,3 kilometr yeni 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilib, 40,8 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərində təmir işləri görülüb.

Nail ƏSGƏROV

Nəşr edilib : 11.04.2024 09:45