AZ EN RU

Muxtar respublikada ÜDM istehsalı artıb

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 424 milyon 762 min 800 manat olub ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Bu barədə "Şərq qapısı"-na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 905,9 manat olmuşdur.
Həmçinin, 2024-cü ilin yanvar-aprel aylarında muxtar respublikada 171 milyon 191 min 800 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-ci ilin müvafiq dövründəki göstəricini 10,9 faiz üstələyib.
2024-cü ilin yanvar-aprel aylarında muxtar respublikada 53 milyon 981 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azdır.

Nəşr edilib : 14.05.2024 12:17