AZ EN RU

Muxtar respublikada torpaqlardan qanunsuz istifadə hallarının qarşısı alınır

    Muxtar respublikamızda kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpağın istifadəsinə və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır, mütəmadi monitorinqlər aparılır. 
    Torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə cari ilin ötən dövrü ərzində Şərur və Kəngərli rayonlarında, eyni zamanda Şahbuz rayonunun Türkeş, Sələsüz, Daylaqlı, Mərəlik, Kiçikoba, Külüs, Şahbuzkənd, Keçili, Mahmudoba və Nursu kəndlərində monitorinqlər yekunlaşdırılıb. Şərur rayonunun Alışar, Aşağı Yaycı, Yuxarı Yaycı, Axura, Dərvişlər, Gümüşlü, Həmzəli, Muğanlı, Püsyan, Şahbulaq, Siyaqut və Tumaslı kəndlərində 22 hektar, Kəngərli rayonunun Qıvraq qəsəbəsində 1,3 hektar və Şahbuz rayonunun 10 yaşayış məntəqəsində 38 hektar torpaq sahəsi əvvəlki vəziyyətinə (bələdiyyə mülkiyyətinə) geri qaytarılıb. 
    Aparılmış yoxlamalar nəticəsində bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, eyni zamanda yol, kanal və arxların mühafizə zonalarını zəbt etmiş vətəndaşlarla yerli icra nümayəndələri ilə birlikdə fərdi qaydada maarifləndirici söhbətlər aparılıb.
    Şərur, Kəngərli və Şahbuz rayonlarında monitorinqlər nəticəsində aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması işləri və Şahbuz rayonunun digər yaşayış məntəqələrində monitorinqlər davam etdirilir.

 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və 
Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 13.09.2022 18:38