AZ EN RU

Muxtar respublikada suvarma mövsümünə hazırlıq işləri görülür

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən suvarma mövsümünə hazırlıq işləri həyata keçirilir. Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, mövsümün mütəşəkkil keçirilməsi, muxtar respublikanın suvarma su təminatının etibarlı təmin olunması, suyun itkisiz və vaxtında sahələrə çatdırılması üçün tabe idarələr sistemli şəkildə fəaliyyət göstərir. 
Bu məqsədlə idarə əməkdaşları tərəfindən arxlarda və  kollektorlarda lildən təmizlənmə işləri aparılıb, hidrotexniki qurğularda, nasos stansiyalarının ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülüb. 
Fevralın 27-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində təşkil olunan iclasda suvarma mövsümünü səmərəli başa vurmaq üçün idarə rəislərinə tapşırıqlar verilib, plan-qrafiklər müəyyənləşdirilib.


Nail Əsgərov

Nəşr edilib : 28.02.2024 10:20