AZ EN RU

Muxtar respublikada ötən il 700-dən artıq elektron imza verilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada elektron imzanın tətbiqi və dövlət qurumlarında elektron xidmətlərin göstərilməsi uğurla həyata keçirilir. 2023-cü il ərzində 700-dən artıq elektron imza sertifikatı istifadəçilərə təqdim edilib ki, bunun da 51.7 faizi dövlət qurumlarının payına düşüb.

Qeyd edək ki,  elektron imza elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartlarına cavab verən tam təkmil imzalama vasitəsidir. İmzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.

Məlumat üçün bildirilir ki, elektron imza almaq istəyən şəxslər müvafiq sənədləri Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edə bilərlər. Elektron imzadan istifadə qaydaları və ödəniləcək dövlət rüsumu haqqında ətraflı məlumatları nmincom.gov.aztoken.sima.az saytı vasitəsilə əldə etmək olar.

Naxçıvan Muxtar Respublikası

Rəqəmsal İnkişaf və Nəqliyyat 

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.01.2024 16:10