AZ EN RU

Muxtar respublikada nəqliyyat sektorunda yük daşınmaları artıb

Cari ilin yanvar ayında muxtar respublikada nəqliyyat sektorunda yük daşınması 487 min ton olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
Bu barədə "Şərq qapısı"-na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd olunub ki, 2024-cü ilin yanvar ayında 8 milyon 713 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə bu 0,4 faiz çoxdur. Həmçinin, yanvar ayında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 101 milyon 220 min 300 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Nəşr edilib : 04.03.2024 15:16