AZ EN RU

Muxtar respublikada muzey əməkdaşları üçün seminarların keçirilməsi davam edir

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən növbəti seminar-treninqdə Nazirliyin sistemində olan muzeylərin əməkdaşları iştirak edib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində təşkil edilən seminar “Çap əsərlərinin uçot-mühafizəsi və onlara uçot nişanlarının vurulması qaydaları” mövzusuna həsr olunub.

Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Qumral Əsədova giriş sözündə muzeylərdə qorunub saxlanılan çap məhsullarının xalqımızın qədim tarixini, ədəbiyyatını, mədəniyyətini gələcək nəsillərə ötürülməsindəki önəmindən danışıb.

Sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin baş fond mühafizi Günel Novruzova çap əsərlərinə uçotnişanının yazılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib və müfaviq təlimat qaydaları barədə iştirakçılara ətraflı məlumat verib. Əlavə edib ki, materialından asılı olaraq uçot nişanı əşyayamüxtəlif üsullarla, həmişə konkret bir yerdə, əşyanın daxili görünüşünə xələl gətirmədən, aydınvə dürüst yazılır. Muzey əhəmiyyətinə malik olan və oxunmağa verilməyən nadir kitablarda ştamp və nömrələr yalnız titul vərəqinin arxasında qoyulur.

Seminarda əlyazma vərəqləri və sənədlərdə şifr və nömrələrin qoyulması qaydalarından da bəhs edilib.

Seminar sualların cavablandırılması və muzey ekspozisiyasına baxışla sona çatıb.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.10.2023 14:24