AZ EN RU

Muxtar respublikada mart ayı üçün əmək pensiyalarının maliyyələşdirilməsi təmin edilib

    Ölkəmizdə bir çox sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də islahatlar həyata keçirilməkdədir. Həyata keçirilən islahatlar muxtar respublikamızda da uğurla tətbiq edilir. Sosial müdafiə sisteminin mühüm sahəsi olan pensiyaların maliyyələşdirilməsi və vaxtından əvvəl ödənilməsi, pensiyaların ödənilməsi sahəsində tətbiq olunan üsullar pensiyaçılara yüksək səviyyədə xidmət göstərildiyini təsdiq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı nəticəsində pensiya təminatı sahəsində bir çox uğurlar əldə olunub. Bunun nəticəsində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən müvafiq işləri operativ şəkildə həyata keçirmək imkanı əldə edib. Belə ki, fond tərəfindən muxtar respublika üzrə mart ayının pensiya vəsaitlərinin pensiyaçılara ödənilməsi prosesi vaxtından əvvəl yekunlaşıb. Təyin olunmuş əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə, eyni zamanda istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər.
    Pensiya ödənişi ilə birlikdə əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi başa çatdırılıb, həmin şəxslərin şəxsi hesablarına və ya poçt ünvanlarına vəsaitin köçürülməsi təmin edilib.
    Muxtar respublikada iqtisadiyyatın inkişafın təmin edilməsi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda ciddi artımın əldə olunmasına səbəb olub. Belə ki, məcburi dövlət sosial sığortahaqqı üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 28 min 800 manat və ya 25,1 faiz çox olub. Bütün bunlar əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin hər ay vaxtından əvvəl ödənişinə böyük imkanlar yaradıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun

mətbuat xidməti
 

Nəşr edilib : 04.03.2022 20:42