AZ EN RU

Muxtar respublikada fitosanitar monitorinqlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası ərazisində fitosanitar sabitliyin qorunması, əkin təyinatlı torpaqların yenidən dəqiqləşdirilməsi məqsədilə Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında monitorinqlər davam etdirilir

Monitorinqlərə cəlb olunan mütəxəssislər tərəfindən karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli olan müxtəlif zərərli orqanizmləri, onların mənbələrini vaxtında müəyyənləşdirmək üçün bitkiçilik məhsullarının istehsalı, emalı və saxlanan təsərrüfatlarda, meşə və yaşıllıq zolaqlarında, eləcə də həyətyanı sahələrdə müşahidə və monitorinqlər aparılır.

Bu günədək muxtar respublika üzrə 125 kənd və qəsəbələrdən 101-də monitorinqlər başa çatdırılıb. Digər yaşayış məntəqələrində isə monitorinqlər davam etdirilir.

Monitorinqlər zamanı meyvə ağaclarında aşkarlanan xəstəlik və zərərvericilərin rast gəlindiyi bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb olunur.

Müşahidələr zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilməsə də, bir sıra digər zərərli orqanizmlər aşkar edilmişdir ki, bunların da içərisində mənənələr, yastıcalar və s. yer alır. Bunlara qarşı mübarizənin vaxtında və düzgün aprılması üçün mütəxəssislər tərəfindən fermerlər, sahibkarlar, o cümlədən dövlət qurumları məlumatlandırılmışdır.

                                                                                         Kənd Təsrrüfatı Nazirliyinin

                                                                    mətbuat xidmət

Nəşr edilib : 14.07.2023 18:06