AZ EN RU

Muxtar respublikada fəaliyyət göstərən təlim-tədris müəssisələri dezinfeksiya edilib - FOTOLAR

Muxtar respublikanın təlim-tədris müəssisələrində yoluxucu xəstəliklərə, virus infeksiyalarına qarşı tibbi-profilaktik tədbirlər həyata keçirilir.
Görülən tədbirlər çərçivəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən bütün təlim-tədris müəssisələri dezinfeksiya edilib. Belə ki, tərtib edilən qrafik əsasında martın 22-dən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Baytarlıq Xidməti tərəfindən tam orta, uşaq musiqi, şahmat, texniki peşə və sürücülük məktəbləri, uşaq bağçaları, ali təhsil müəssisələri xüsusi məhlullarla dezinfeksiya olunub.
Profilaktik tədbirlər insanların daha sıx toplaşdığı ərazilərdə də icra edilir.

Nəşr edilib : 25.03.2022 21:30