AZ EN RU

Muxtar respublikada ev təsərrüfatlarının uçota alınması diqqət mərkəzindədir

    Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçota alınması istiqamətində cari ilin yanvar ayından başlamış tədbirlər bu gün də  uğurla davam etdirilir.
    Şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılması və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində müvafiq işlər görülmüş, muxtar respublika üzrə bu günə qədər ümumilikdə 91555 təsərrüfatda 317 min 713 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilmişdir. Bu istiqamətdə işlər  hazırda davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 06.02.2023 18:02